Yas saxlamaq olarmı?

Yas saxlamaq olarmı?
23:52 30 Aprel 2017
128 Ölkə
Ölkə mətbuatı
A- A+

Bir insan olaraq, üzülmək ya da sevinmək fitrətimizdə vardır. Əlbəttə ki, yaxınlarımızdan, sevdiklərimizdən biri vəfat etdiyi zaman istər-istəməz üzülürük. Yəni, yasını saxlayırıq. Belə bir şeyin sevənləri üçün günü ya da hər hansı müddəti olmaz.

Milli.Az zikr.az-a istinadən bildirir ki, belə bir məqamda, kənar şəxslərin edəcəyi iş; gəlib onlara təsəlli vermək, dəstək olmaq və vəfat edən şəxsə dua edib cənazəsini qılmaqdır. Yoxsa gəlib yük olmaq, özləri ilə məşğul etmək və yeyib-içib dağılmaq deyildir.

Nəticə olaraq; nə Qurani-Kərimdə nə də peyğəmbərimizin sünnəsində (tətbiqatlarında) 3, 7 və 40 kimi yas mərasimləri yoxdur. Nə də bunların ölmüş şəxsə bir faydası yoxdur. Bütün bunlar mollaların insanları, dini istismar etmək və cəmiyyətin cəhalətindən faydalanmaqları üçün uydurulmuş və eyni zamanda kökü Zərdüştlüyə qədər uzanan bir ənənənin davamıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/539759.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR