İslam dininə əsasən qəsdən adam öldürməyin cəzası nədir?

İslam dininə əsasən qəsdən adam öldürməyin cəzası nədir?
23:57 30 Aprel 2017
137 Ölkə
Ölkə mətbuatı
A- A+

Qəsdən adam öldürməyin cəzası əbədi cəhənnəm əzabıdır. Bir möminin həyatına qəsdən son verən özü əbədi xoşbəxtlik haqqını itirər. Bu hökm aşağıdakı ayədə keçir:

وَمَنْ يَقْتُلْ مُؤْمِنًا مُتَعَمِّدًا فَجَزَاؤُهُ جَهَنَّمُ خَالِدًا فِيهَا وَغَضِبَ اللَّهُ عَلَيْهِ وَلَعَنَهُ وَأَعَدَّ لَهُ عَذَابًا عَظِيمًا.

"Kim bir mömini qəsdən öldürərsə, artıq onun cəzası içində daim qalmaq üzrə cəhənnəmdir. Allah ona qəzəb etmişdir, onu lənətləmişdir və onun üçün çox böyük bir əzab hazırlamışdır." (Nisa, 4/93)

Milli.Az zikr.az-a istinadən bildirir ki, qatilə əlavə olaraq etdiyi günaha bərabər bir cəza olmaq üzrə ölüm cəzası verilir. Bu hökm bu ayədə keçir:

يَا أَيُّهَا الَّذِينَ آَمَنُوا كُتِبَ عَلَيْكُمُ الْقِصَاصُ فِي الْقَتْلَى الْحُرُّ بِالْحُرِّ وَالْعَبْدُ بِالْعَبْدِ وَالْأُنْثَى بِالْأُنْثَى.

"Ey iman edənlər! Adam öldürmələrində sizə qisas  fərz qılındı.1 Hürə hür, köləyə kölə, qadına qadın." (Bəqərə, 2/178)

Qatilin öldürülməsində son söz öldürülənin ailəsinə aiddir. Allah Təala belə buyurur:

وَلَا تَقْتُلُوا النَّفْسَ الَّتِي حَرَّمَ اللَّهُ إِلَّا بِالْحَقِّ وَمَنْ قُتِلَ مَظْلُومًا فَقَدْ جَعَلْنَا لِوَلِيِّهِ سُلْطَانًا فَلَا يُسْرِفْ فِي الْقَتْلِ إِنَّهُ كَانَ مَنْصُورًا.

"Allahın toxunulmaz qıldığı kəsi öldürməyin, hüquqa uyğundursa, başqa. Haqsız yerə kim öldürülərsə, onun vəlisinə haqq verdik, o da öldürmə işində daşqınlıq etməsin (həddi aşmasın). Çünki o, yardım görmüşdür." (İsra, 17/33)

Öldürülənin ailəsi qatili bağışlaya bilər. Allah Təala belə buyurmuşdur:

فَمَنْ عُفِيَ لَهُ مِنْ أَخِيهِ شَيْءٌ فَاتِّبَاعٌ بِالْمَعْرُوفِ وَأَدَاءٌ إِلَيْهِ بِإِحْسَانٍ ذَلِكَ تَخْفِيفٌ مِنْ رَبِّكُمْ وَرَحْمَةٌ فَمَنِ اعْتَدَى بَعْدَ ذَلِكَ فَلَهُ عَذَابٌ أَلِيمٌ.

"Kim öldürülənin qardaşı tərəfindən bir əvəz qarşılığı bağışlanırsa, mərufa uysun və əvəzini gözəlcə ödəsin. Bu Rəbbiniz tərəfindən bir yüngüllük və mərhəmətdir. Hər kim düşmənliyi bundan sonra da davam etdirərsə, ona acı bir əzab vardır." (Bəqərə, 2/178)

Alınacaq diyəti Peyğəmbərimiz (s. a. s) belə açıqlamışdır:

"Kim bir mömini qəsdən öldürərsə, öldürülənin vəlilərinə təslim edilir. İstəyərlərsə, onu öldürərlər, istəyərlərsə, diyətini alarlar. Diyət otuz hiqqə, yəni, dörd yaşına girmiş dişi dəvə, beş yaşına girmiş dişi dəvə, qırx xəlifə, yəni, hamilə dəvədir. Bu qəsdən öldürməyin diyətidir. Tərəflər qarşılıqlı olaraq bir şey üzərində də anlaşa bilərlər. Bu diyət-i muğallazadır."2

Qatil tövbə edə bilər. Çünki tövbə ilə bağışlanmayacaq günah yoxdur. Allah Təala belə buyurur:

قُلْ يَا عِبَادِيَ الَّذِينَ أَسْرَفُوا عَلَى أَنْفُسِهِمْ لَا تَقْنَطُوا مِنْ رَحْمَةِ اللَّهِ إِنَّ اللَّهَ يَغْفِرُ الذُّنُوبَ جَمِيعًا إِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِيمُ. وَأَنِيبُوا إِلَى رَبِّكُمْ وَأَسْلِمُوا لَهُ مِنْ قَبْلِ أَنْ يَأْتِيَكُمُ الْعَذَابُ ثُمَّ لَا تُنْصَرُونَ.

"İfrata varıb, özünə qəsd edən qullarıma de ki, Allahın rəhmətindən ümidinizi kəsməyin. Allah bütün günahları bağışlayar. Onun bağışlaması çox, mərhəməti boldur. Siz Rəbbinizə yönəlin, əzab gəlmədən öncə ona təslim olun, sonra yardım görməzsiniz." (Zumər, 39/53-54)

وَالَّذِينَ لَا يَدْعُونَ مَعَ اللَّهِ إِلَهًا آَخَرَ وَلَا يَقْتُلُونَ النَّفْسَ الَّتِي حَرَّمَ اللَّهُ إِلَّا بِالْحَقِّ وَلَا يَزْنُونَ وَمَنْ يَفْعَلْ ذَلِكَ يَلْقَ أَثَامًا. يُضَاعَفْ لَهُ الْعَذَابُ يَوْمَ الْقِيَامَةِ وَيَخْلُدْ فِيهِ مُهَانًا. إِلَّا مَنْ تَابَ وَآَمَنَ وَعَمِلَ عَمَلًا صَالِحًا فَأُولَئِكَ يُبَدِّلُ اللَّهُ سَيِّئَاتِهِمْ حَسَنَاتٍ وَكَانَ اللَّهُ غَفُورًا رَحِيمًا

"Rəhmanın qulları... Allah ilə bərabər başqa bir tanrını yardıma çağırmazlar. Haqlı bir səbəb yoxdursa, Allahın toxunulmaz qıldığı canı öldürməzlər, zina etməzlər. Kim bunları edərsə, günaha girər.

Qiyamət günü onun əzabı qatlanır və orada etibarsız olaraq daimi qalır.

Ancaq tövbə edən, inanan və yaxşı iş edən başqa. Allah onların pisliklərini yaxşılığa çevirir. Allah bağışlayar, ikram edər." (Furqan, 25/68-70)

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/539751.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR