Erməni müğənninin Azərbaycanla bağlı yalanı

Erməni müğənninin Azərbaycanla bağlı yalanı
00:04 1 May 2017
119 Digər
Ölkə mətbuatı
A- A+

Bəstəkar İsa Məlikov Ermənistanın “Eurovision-2016” müsabiqəsindəki təmsilçilsi İveta Mukuçyanın iddialarını təzib edib.

 

Lent.az-ın  Sputnik.az-a istinadən xəbərinə görə, Ermənistanın “Eurovision-2016” müsabiqəsindəki təmsilçilsi İveta Mukuçyan www.eschalley.com saytına müsahibəsində qeyd edib ki, Azərbaycanın "Eurovision-2017"dəki təmsilçisi Diana Hacıyevanın “Skeletons” mahnısı ötən il Mukuçyana təklif olunsa da, o, mahnıdan imtina edib.

 

Diana Hacıyevanın bu mahnısının musiqisinin müəllifi kimi İsa Məlikov qeyd olunub. Sözlərin müəllifi isə isveçli Sandra Byermandır.

 

Sayt Mukuçyanın iddiasını araşdırmaq üçün hazırda Kiyevdə olan İsa Məlikova müraciət edib. Məlikovun sözlərinə görə, “Skeletons”un musiqisi 2017-ci ilin əvvəlində xüsusi olaraq Diana Hacıyeva üçün yazılıb, fevralda isə sözlərinin yazılması üçün Sandra Byermana göndərilib.

 

“Sandra Diananı tanıyır, ona görə də Diananın əsasən hansı mahnıları oxumağa üstünlük verdiyini bilirdi. Onun musiqiyə yazdığı sözlər Diananın çox xoşuna gəldi. Mahnı belə yarandı və ona görə də heç cür ötən il erməni müğənnisinə təklif edilə bilməzdi”, - deyə Məlikov bildirib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273502

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR