Məşhurlar neçə yaşında ana olub?

Ana olmaq hər bir qadının ən böyük arzusudur. Bu arzunu gerçəkləşdirmək üçün müəyyən yaş aralığı mövcuddur. Bəs məşhurların ilk körpələrini necə yaşında qucaqlarına aldıqlarını bilirsiniz?

Metbuat.az məşhurların dünyanın ən gözəl hissini dadıqları yaşları təqdim edir.

Müğənni Sibel Can - üç uşaq anasıdır. İki övladını dünyaya gətirəndə 20 yaş ərəfəsində olub. Ən kiçik oğlunu isəs 30 yaşında dünyaya gətirib.

Model Çağla Şikel - ilk oğlu Kuzeyi 30, ikinci övladı Uzayı isə 33 yaşında qucağına alıb.

Müğənni Demet Akalın - 42 yaşında, yəni ötən il ilk qızını dünyaya gətirib.

Müğənni Gülben Ergen iki dəfə hamilə qalıb. Birinci oğlunu 35, əkizlərini isə 37 yaşında dünyaya gətirib.

Aktrisa Holli Berri - ilk qızını dünyaya gətirəndə 42 yaşı var idi. Beş il sonra isə oğul anası olub.

Müğənni Hülya Avşar 35 yaşında ana olub. Onun yeganə qzının adı Zəhradır.

Cennifer Lopez uzun müddət ana olmağa çalışıb. Lakin 39 yaşaında əkiz anası olub.

Dünyanın ən tanınmış qadınlarından olan Viktoriya Bekhem 4 uşaq anasıdır. Onun ilk oğlu 24, ikincisi 28, üçüncüsü 30 yaşında anadan olub. Qızını dünyaya gətirəndə isə 37 yaşında olub.

39 yaşlı Milla Yavovic bir müddət öncə ikindi dəfə ana olub. İlk uşağını isə 31 yaşında qucağına alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR