Bakıda sürücü piyada keçidindən keçən kişi və qadını döyüb

Bakıda sürücü piyada keçidindən keçən kişi və qadını döyüb
00:17 1 May 2017
111 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 30 aprel. REPORT.AZ/ Bakının Sabunçu rayonunda iki piyadanın döyülməsi ilə nəticələnən insident baş verib.
"Report"un xəbərinə görə, Bakıxanov qəsəbəsində piyada keçidindən keçən Abıyeva Lətafət və 30 yaşlı Quliyev Elvin Habil oğlu həmin küçə ilə hərəkətdə olan avtomobillərdən birinin sürücüsü tərəfindən təhqir olununb.
L.Abıyeva sürücüyə cavab qaytardıqda isə avtomobildən enən iki şəxs qadına yaxınlaşaraq onu itələyib və yerə yıxıb. E.Quliyevin isə baş və bədən nahiyələrinə ağır xəsarət yetirilib. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-surucu-piyada-kecidinden-kecen-kisi-ve-qadini-doyub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR