20-dən çox silahlı məhv edilib

Fransa hərbçiləri Mali - Burkina-Faso sərhədində meşədə gizlənən 20-dən çox silahlını məhv edib.

Metbuat.az bildirir ki, silahlılar quru əməliyyatı və hava zərbələri nəticəsində zərərsizləşdirilib.

Aprelin 19-da silahlılar Qurma-Rarus şəhərində hərbi bazaya hücum edərək 5 əsgəri öldürüb, 10-u yaralayıblar.

Təhlükəsizlik Şurasının qərarı ilə Malidə BMT-nin 12 minlik sülhməramlı missiyası (MINUSMA) fəaliyyət göstərir. Həmçinin ölkədə Fransa ordusunun 4 minlik kontingenti yerləşdirilib


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR