Futbolçu Muntari İtaliya çempionatının oyunu zamanı irqçi şüarlara görə meydanı tərk edib

Futbolçu Muntari İtaliya çempionatının oyunu zamanı irqçi şüarlara görə meydanı tərk edib
01:07 1 May 2017
87 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 1 may. REPORT.AZ/ "Peskara" klubunun qanalı yarımmüdafiəçisi Salli Muntari futbol üzrə İtaliya çempionatının 34-cü turu çərçivəsində "Kalyari" ilə keçirilən matç zamanı azarkeşlərin irqçi şüarlar səsləndirməsi səbəbindən meydanı tərk edib.
"Report" BBC-yə istinadən xəbər verir ki, futbolçu görüşün 89-cu dəqiqəsində tribunalardan səsləndirilən irqçi şüarlara görə hakimə şikayət edərək matçın dayandırılmasını xahiş edib.
Hakim isə cavabında 32 yaşlı Muntariyə sarı kart göstərib. O, məhz bundan sonra etiraz əlaməti olaraq stadionu tərk edib.
"Kalyari" - "Peskara" oyunu 1:0 hesabı ilə başa çatıb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/futbolcu-muntari-i-taliya-cempionatinin-oyunu-zamani-irqci-suarlara-gore-meydani-terk-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR