ABŞ-da güclü qasırğa - 7 ölü

ABŞ-da güclü qasırğa - 7 ölü
01:54 1 May 2017
84 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-da baş verən güclü qasırğa nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, şiddətli yağışla müşayiət olunan qasırğalar Texas, Missuri, Missisipi, Arkanzas, Alabama, Oklahoma və Luiziana ştatlarında ciddi fəsadlar törədib.

 

Təbii fəlakət ən çox Texas ştatına ziyan vurub. Sutka ərzində burada 4 nəfər ölüb, 50-yə yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb. Arkanzas ştatında bir qadın küləyin aşırdığı ağacın altında qalaraq dünyasını dəyişib. Daha iki nəfər  Missuri və Missisipidə baş verən daşqınların qurbanı olub.

 

Məlumata görə, Missuri və Oklahoma ştatlarında fövqəladə vəziyyət rejimi tətbiq edilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273505

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR