İrqçi təhqirlərə dözə bilməyən futbolçu meydanı tərk etdi

İrqçi təhqirlərə dözə bilməyən futbolçu meydanı tərk etdi
02:09 1 May 2017
85 Digər
Ölkə mətbuatı
A- A+

İtaliya A seriyasında irqçi insident yaşanıb. Apasport.az saytının məlumatına görə, “Peskara”nın futbolçusu Salli Muntari rəqib azarkeşlərin təhqirinə məruz qalıb.

 

A Seriyasının 34-cü turunda səfərdə “Kalyari” ilə qarşılaşan “Peskara” 0:1 hesabı ilə məğlub olub. Həmin matçın son dəqiqələrində meydan sahiblərinin azarkeşləri rəqibin futbolçusu Salli Muntariyə irqçi şüarlar səsləndirib.

 

Təcrübəli oyunçu vəziyyət barəsində ilk olaraq matçın baş hakiminə məlumat verib. Hakimin xəbərdarlığına məhəl qoymayan azarkeşlər təhqirə davam edincə, qanalı futbolçu şüarlara tab gətirə bilməyib və meydanı tərk edib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273506

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR