ABŞ-da güclü qasırğa: 7 ölü

ABŞ-da güclü qasırğa: 7 ölü
04:28 1 May 2017
90 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-da baş verən güclü qasırğa nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

Publika.az xəbər verir ki, şiddətli yağışla müşayiət olunan qasırğalar Texas, Missuri, Missisipi, Arkanzas, Alabama, Oklahoma və Luiziana ştatlarında ciddi fəsadlar törədib.

Təbii fəlakət ən çox Texas ştatına ziyan vurub. Sutka ərzində burada 4 nəfər ölüb, 50-yə yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb. Arkanzas ştatında bir qadın küləyin aşırdığı ağacın altında qalaraq dünyasını dəyişib. Daha iki nəfər Missuri və Missisipidə baş verən daşqınların qurbanı olub.

Məlumata görə, Missuri və Oklahoma ştatlarında fövqəladə vəziyyət rejimi tətbiq edilib. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/197070.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR