Ucarda yanğınla nəticələnən qəza baş verdi

Ucarda yanğınla nəticələnən qəza baş verdi
08:23 1 May 2017
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Ucar rayonu, Müsüslü kəndində vətəndaşlara məxsus “Hyundai" markalı minik avtomobili ilə “Kamaz” markalı yük avtomobilinin toqquşmasından yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, yanğın nəticəsində “Hyundai” markalı minik avtomobilinin qabaq buferi və salonu yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/197074.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR