Yanğınla nəticələnən qəza baş verib

Yanğınla nəticələnən qəza baş verib
08:42 1 May 2017
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Ucar rayonu, Müsüslü kəndində vətəndaşlara məxsus "Hyundai" markalı minik avtomobili ilə "Kamaz" markalı yük avtomobilinin toqquşmasından yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yanğın nəticəsində "Hyundai" markalı minik avtomobilinin qabaq buferi və salonu yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/540350.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR