ADIF “United Credit Bank”ın debitorlarına müraciət edib

ADIF “United Credit Bank”ın debitorlarına müraciət edib
09:12 1 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 1 may. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu “United Credit Bank” ASC-nin (UCB) qarşısında borc öhdəliyi olan fiziki və hüquqi şəxslərə (bankın debitorlarına) müraciət edib.
“Report”un məlumatına görə, müraciətdə bildirilir ki, “Banklar haqqında” qanuna uyğun olaraq, UCB-nin adından yalnız ləğvedici və yaxud onun vəkil etdiyi şəxsin etdiyi hərəkətlər hüquqi qüvvəyə malik olur. 
Banka borcu (krediti) olan və vaxtında ödənişləri həyata keçirməyən fiziki və hüquqi şəxslərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcək. Kredit təşkilatının müflis elan olunması borcların ödənilməməsinə əsas vermir. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/adif-united-credit-bank-in-debitorlarina-muraciet-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR