ATV-nin yayımı müvəqqəti dayandırıldı

Bu gün səhər saatlarından etibarən “Azad Azərbaycan” Telekanalının yayımı dayandırılıb.

METBUAT.az bildirir ki, bu müvəqqəti bir haldır. Aldığımız məlumata görə Teleqüllədə bu gün ATV telekanalının profilaktika günüdür. İl ərzində keçirilən profilaktika tədbirləri kanalın daha keyfiyyətli fəaliyyət göstərməsini təmin edir.

Qeyd edək ki, bugün saat 12:00-dan etibarən kanal yenidən yayımlanmağa başlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR