ABŞ-da əlverişsiz hava şəraitinin qurbanlarının sayı 14 nəfərə çatıb

ABŞ-da əlverişsiz hava şəraitinin qurbanlarının sayı 14 nəfərə çatıb
09:27 1 May 2017
27 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 1 may. REPORT.AZ/ Həftəsonu ABŞ-ın cənub və mərkəzi hissəsində yerləşən bir neçə ştatda tornado və daşqın olub. "Report" "Associated Press"ə istinadən xəbər verir ki, əlverişsiz hava şəraiti nəticəsində azı 14 nəfər həlak olub.
Tornado Texasın şərq hissəsindəki bir neçə kiçik şəhərə ziyan vurub. Nəticədə 4 nəfər ölüb. Arkanzas ştatında sel və güclü külək 5 nəfərin, o cümlədən güclü qasırğa zamanı avtomobilin çırpıldığı yanğınsöndürmə xidmətinin rəhbərinin həyatına son qoyub.
Missuri ştatında daşqınlar nəticəsində iki nəfər həlak olub. Tennessidə futbol qapısının çərçivəsi küləyin təsirinə dözməyərək qızın üzərinə düşüb. Həmçinin Missisippi ştatında iki nəfərin həlak olduğu xəbəri yayılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-da-elverissiz-hava-seraitinin-qurbanlarinin-sayi-14-nefere-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR