"Arsenal"-dan növbəti məğlubiyyət

İngiltərə çempionatının 15-ci turunun mərkəzi oyunu "Tottenxem" ilə "Arsenal" klubları arasında baş tutub.

Metbuat.az xəbər verir ki, matçın ilk yarısı qolsuz başa çatıb. İkinci yarıda rəqib qapısından 2 cavabsız top keçirən "Tottenxem" üstün tərəf olub. Oyunda 55-ci dəqiqədə Dele Alli və 58-ci dəqiqədə Harry Kane fərqlənib. "Tottenxem" bu qələbə ilə 2-ci, "Arsenal" isə 6-cı yerdə qərarlaşıb.

Sərdar Məmmədov / Metbaut.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR