Azərbaycan Premyer Liqası və avrokuboklarda mübarizə aparacaq klubların adları mayın 10-da açıqlanacaq

Azərbaycan Premyer Liqası və avrokuboklarda mübarizə aparacaq klubların adları mayın 10-da açıqlanacaq
09:37 1 May 2017
77 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 1 may. REPORT.AZ/ 2017-2018 mövsümündə Azərbaycan Premyer Liqası və Avropa kuboklarında çıxış etmək istəyən klubların lisenziyalaşma məsələsinə mayın 10-da baxılacaq. Bu barədə "Report"a AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.
Onun sözlərinə görə, qitəmiqyaslı yarışlarda və elitada mübarizə üçün müraciət edənlərin taleyinə həmin gün aydınlıq gələcək: "Kim lisenziya alsa, o da vəsiqə qazanacaq".
Qeyd edək ki, bir müddət əvvəl AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov gələn mövsüm Premyer Liqada maksimum 10 komandanın çıxış edəcəyini açıqlayıb. Çempionlar Liqasına "Qarabağ", Avropa Liqasına isə "Qəbələ", "İnter" və "Zirə" vəsiqə qazanıb.  

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/gelen-movsum-azerbaycan-premyer-liqasinda-ve-avrokuboklarda-mubarize-aparacaq-klublarin-adlari-mayin

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR