Bakıda avtomobillə vurulan piyada öldü

Bakıda avtomobillə vurulan piyada öldü
09:52 1 May 2017
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Pirallahı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Pirallahı-Bakı istiqamətində 1966 təvəllüdlü Fazil Bakir oğlu Hüseynovun idarə etdiyi "Niva" markalı, 90 AX 642 nömrə-nişanlı avtomobillə piyada, 1955-ci il təvəllüdlü Vaqif İsmayıl oğlu Rzayev vurulub. Piyada aldığı xəsarətdən ölüb.
 
Faktla bağlı araşdırma aparılır.
 
Qeyd edək ki, "Niva" markalı avtomobil Pirallahı rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinə məxsusdur. Hadisəni törədən şəxs isə orada şöbə müdiri işləyir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/540386.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR