Bakıda motosiklet qəza törədib, 1 nəfər ölüb

Bakıda motosiklet qəza törədib, 1 nəfər ölüb
09:52 1 May 2017
145 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 1 may. REPORT.AZ/ Bakıda motosiklet sürücüsü qəza törədib, 1 nəfər ölüb.
"Report"un xəbərinə görə, hadisə Nərimanov rayonu ərazisində, Z.Bünyadov prospektində baş verib. 
Belə ki, 1994-cü il təvəllüdlü Mustafayev Elçin Seymur oğlu motosikletlə yüksək sürətlə hərəkət edib. Onun idarəetməni itirməsi nəticəsində motosiklet aşıb. E.Mustafayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

















Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-motosiklet-qeza-toredib-1-nefer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR