Amerika Ermənistanı bombalaya bilər – QİSAS SSENARİSİ

Amerika Ermənistanı bombalaya bilər – QİSAS SSENARİSİ
09:53 1 May 2017
97 Dünya
Ölkə mətbuatı
A- A+

Aprelin 22-də Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazasında xidmət edən rus əsgərinin müəmmalı şəkildə qətlə yetirilməsi Ermənistan cəmiyyətində qorxular yaradıb.

Publika.az
xəbər verir ki, əvvəlcə rus əsgərinin məişət zəminində qətlə yetirildiyi versiyası önə sürüldü.

Lakin cinayət işinin prokurorluqdan alınaraq, Ermənistan Milli Təhlükəsizlik Xidmətinə (SNB) verilməsi şübhələrə yol açıb. Bundan sonra ortaya versiya çıxdı ki, qətli törətməkdə şübhəli bilinən şəxs müsəlmandır və Gümrüyə məhz rus əsgərini öldürmək üçün gəlibmiş.

“Lragir” saytı yazır ki, qətlin arxasında hansısa xarici güclər ola bilər.

“Məqsəd Rusiya-Ermənistan münasibətlərinə zərbə vurmaqdır. Doğrudur, Moskvanın Azərbaycana silah satması Ermənistanla münasibətləri soyudub. Lakin bu qətl xarici qüvvələrin münasibətlərin daha da pisləşməsində maraqlı olduğu ehtimalını yaradır”, - deyə sayt qeyd edib.

Sayt Gümrüdəki rus bazasının Ermənistan üçün getdikcə təhlükə mənbəyinə çevrildiyi fikrini irəli sürüb: “Fikir var ki, bu baza Ermənistanın təhlükəsizliyinin zəmanətidir və Türkiyəyə qarşı istifadə olunur. Lakin bu bazanın Ermənistanın təhlükəsizliyində heç bir rol oynamadığını deyənlər də var. Məhz bu bazaya görə Gümrüdəki vəziyyət həmişə təhlükəli olub. İndiyə qədər bazadakı rus hərbiçilərinin özbaşınalığı, qətlə yetirilməsi, eləcə də Gümrü sakinlərinin qurbana çevrilməsi kimi hadisələr yaşanıb. Məlumdur ki, bu baza Rusiyanın regionda hərbi təsirini təmin edir və Moskvanın Yaxın Şərqdəki əməliyyatlarına dəstək rolunu oynayır. Yəni, baza Ermənistandan çox, Rusiyaya lazımdır”.

Sayt 102-ci bazanın Ermənistana xarici müdaxilə təhlükəsini yaratdığını da qeyd edib.

“Yaxın Şərqdəki çoşqun hadisələr fonunda bu baza hədəf ola bilər. Suriyada ABŞ-Rusiya qarşıdurması güclənir və bu mübarizədə Ermənistan ilk növbədə rus bazasına görə Amerika üçün “düşmən cəbhəsi”ndə yer alan ölkədir. ABŞ-Rusiya mübarizəsində Gümrüdəki hərbi baza amerikalıların hədəfinə çevrilə bilər. Suriyanı bombalayan Amerika göstərdi ki, Rusiyanın olduğu istənilən yeri vurmaq iqtidarındadır. Yaxud bu mübarizədə müstəvi olaraq, Ermənistan da seçilə bilər. Hansı ki, rus əsgərinin qətlə yetirilməsinin arxasında xarici güclərin olması ehtimalı bu versiyanı gücləndirir”, - deyə məqalədə bildirilir.

Sayt əlavə edir ki, bütün bu təhlükələr rus bazasının Ermənistan üçün böyük təhdid olduğunu deməyə əsas verir.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/197085.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR