Ərdoğanın ayaqları altına gül səpildi

Türkiyə prezidenti Rəcəb Tayibb Ərdoğanın Hindistana səfəri zamanı ayaqları altına güllər səpilib.

Metbuat.az xəbər verir ki, Ərdoğan rəsmi ziyarəti zamanı paytaxt Dehlidə olub. Sonradan qalacağı “Tac Palace” otelinə yollanan Ərdoğan otelin girişində hind qızlarının qızılgül yağışına tuş gəlib.

Qeyd edək ki, Türkiyə prezidentinin Hindistan səfəri 30 aprel-1 may tarixində baş tutacaq.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR