Azərbaycanda yüksək vəzifəli şəxsin səhhəti pisləşdi

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin səhhətində problem yaranıb. Daima mətbuatla sıx əlaqədə olub, jurnalistlərin suallarını ətraflı cavablandıran Nəsimi Paşayev bu haqda sosial şəbəkədə məlumat verib:

“Sevgili dostlarım! Bir müddət "Facebook" "Messencer", "Whatsapp"-dan və ümumiyyətlə telefondan uzaq olmalıyam. Rəsmi olaraq 1-24 may tarixləri arasında məzuniyyət götürmüşdüm. İslam Oyunlarına görə məcbur işlə əlaqəni kəsməməliydim. Ancaq səhhətimdə yaranan narahatlıq planlarımı pozdu. Üzeyir doktor anjiyoyla damarlarıma səyahət elədi. Bir neçə yaramaz damara gününü göstərdi. Amma ana damarlardan biri normala dönmək müqabilində doktordan stend istədi. Doktor da mənimlə şərt kəsdi ki, stendi qoyuram, amma sözə baxıb biraz dincələcəksən. Mən də ki, söz verdimsə eləməliyəm. Bu fəsildə kəndə torpağın qoxusunu almağa gəlmişəm.

İnşallah bir həftə sonra yaxşı əhvalda qayıdaram. Özünüzdən muğayat olun, sağlamlığınızı qoruyun! Hər şey qaydasındadır. Narahat olmayın! Çox vacib məsələlərlə bağlı müraciət edə bilərsiniz”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR