Yeznə odlu silahla qaynını qətlə yetirdi

Yeznə odlu silahla qaynını qətlə yetirdi
10:05 1 May 2017
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəkidə yeznə odlu silahla qaynını qətlə yetirib.

Milli.Az xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, aprelin 30-u axşam saatlarında rayonun Fazıl meşəlik ərazisində üzərində güllə yarası olan kişi meyiti tapılıb. Ölən şəxsin İbrahimkənd kənd sakini, 1959-cu il təvəllüdlü Tofiq Məhyəddin oğlu Səfərov olduğu müəyyənləşib.
 
Araşdırma zamanı məlum olub ki, Tofiq Səfərovu Fazıl meşəlik ərazisində qonşu Aşağı Küngüt kəndindən olan yeznəsi, 1960-cı il təvəllüdlü Vidadi Süphan oğlu Əliyev ov tüfəngi ilə qətlə yetirib. Vidadi Əliyev tutulub, qətldə istifadə edilən ov tüfəngi ondan götürülüb.
 
Faktla bağlı Şəki Rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/540394.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR