"Sarı zolaq"lar bu gündən yoxsa mayın 5-dən keçərlidir...?

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı paytaxtdakı yollarda çəkilən xüsusi zolaqlarla bağlı cərimələr may ayının 5-dən tədbiq olunacaq.

Metbuat.az bildirir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev açıqlama yayıb. O bildirib ki, yollarda çəkilmiş xüsusi zolaqlara IV İslam Həmrəyliyi Oyunlarına cəlb olunmuş nəqliyyat vasitələri istisna olmaqla digər nəqliyyat vasitələrinin girişinə qadağa qoyulacaq. Yalnız xüsusi buraxılışı olan nəqliyyat vasitələri, xüsusi loqolarla işarələnmiş nəqliyyat vasitələri bu zolaqlarla hərəkətə edə biləcək.

Qeyd edək ki, xüsusi zolaqlara icazəsiz daxil olan nəqliyyat vasitələri 40 manat məbləğində cərimə ediləcək. Qadağa mayın 25-nədək qüvvədə olacaq.

Xüsusi zolaqların çəkildiyi ərazilər paytaxtın Ziya Bünyadov prospekti, Bakı dairəvi yolu, Səlyan şosesi, Bibiheybət yolu 1, Bibiheyət yolu 2, Neftçilər prospekti, Qara Qarayev prospekti (bütün yol), Atatürk prospekti, Fətəli xan Xoyski küçəsi, Vaqif prospekti, Hənifə Ələsgərov küçəsi, Tbilisi prospekti, Abdulvahab Salamzadə küçəsi və Böyükşor şosesidir.

Xəyalə Məmmədova / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR