Azərbaycan İslam Həmrəyliyi Oyunları zamanı ictimai nəqliyyat müəyyən şəxslər üçün pulsuz olacaq

Azərbaycan İslam Həmrəyliyi Oyunları zamanı ictimai nəqliyyat müəyyən şəxslər üçün pulsuz olacaq
10:17 1 May 2017
160 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 1 may. REPORT.AZ/  Bakıda keçiriləcək Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi tərəfindən akkreditasiya edilmiş şəxslərin (könüllülər, işçi qüvvəsi, media nümayəndələri və digər) 1-30 may tarixlərində paytaxtın şəhərdaxili və şəhərətrafı marşrut xətlərindən ödənişsiz istifadəsi təmin ediləcək. 
Bu, Bakı Nəqliyyat Agentliyindən (BNA) "Report"a daxil olan məlumatda qeyd edilib. 
"Bu məqsədlə İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi tərəfindən təqdim edilmiş akkreditasiya kartlarının nümunələri müvafiq daşıyıcılara təqdim edilib, izahedici məlumatların verilməsi məqsədilə daşıyıcılarla ayrıca görüşlər keçirilib. BNA akkreditasiya kartı alan şəxslərə sərnişin avtobuslarına minərkən kartlarını açıq şəkildə üzərlərindən asmağı tövsiyyə edir. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin inzibati binasında müvafiq dövlət qurumları və Əməliyyat Komitəsinin nümayəndələrindən ibarət Nəqliyyat Əməliyyat Mərkəzi (NƏM) təşkil edilib. IV İslam Həmrəyliyi Oyunları zamanı nəqliyyatın ümumi mərkəzləşdirilmiş idarəetməsi məhz burada aparılacaq", - deyə BNA-nın məlumatında əlavə edilib.









Xəbərin orijinal ünvanı: https://report.az/i̇slamiada-2017/azerbaycan-i-slam-hemreyliyi-oyunlari-zamani-ictimai-neqliyyat-mueyyen-sexsler-ucun-pulsuz-olacaq-1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR