"Wikipedia"-nın qurucusu "təbliğat"a başladı

Türkiyədən girişi əndəllənən “Wikipedia” saytının qurucusu Cimmi Vels, "Türk xalqının yanında olacağam" mesajın verməklə bir növ təbliğat maşınını işə salıb.

Metbuat.az xəbər verir ki, Cimmi Vels rəhbəri olduğu saytın Türkiyədə bağlanılması ilə bağlı “İnstaqram” hesabında türk xalqı ilə həmrəylik nümayiş etdirib:

“Hər kəsin informasiya əldə etmək hüququ var. Türk xalqı, siz bu hüquqlarınız uğrunda mübarizə apardığınız müddətcə mən də yanınızda olacağam”, - deyə Vels bildirib.

Qeyd edək ki, dünyanın ən böyük internet ensiklopediyası olan "Wikipedia"-ya Türkiyədən giriş 2 gün əvvəl dayandırılıb.

Aytən Novruzova / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR