"Bank VTB (Azerbaijan)" yeni sistemin alınması üçün tender keçirir

"Bank VTB (Azerbaijan)" yeni sistemin alınması üçün tender keçirir
10:52 1 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 1 may. REPORT.AZ/ "Bank VTB (Azerbaijan)" ASC DLP sisteminin alınması üzrə açıq tender elan edib.
"Report"un Banka istinadən verdiyi xəbərə görə, tender sənədləri ilə Bankın Xətai prospekti,38 ("Messenat Plaza") ünvanında yerləşən baş ofisində tanış olmaq mümkündür.
Tender təklifiləri üzərində sənədlərin siyahısı bərkidilmiş qeyri-şəffaf zərfdə bağlanmış və kontragentin möhürü ilə möhürlənmiş şəkildə (əgər kontragent fərdi sahibkardırsa, imzalanmış) və 5 may 2017-ci il saat 16:00-dan gec olmayaraq "Bank VTB (Azərbaycan)"ın baş ofisinə təqdim edilməlidir.
"Bank VTB (Azerbaijan)" ASC-nin Müsabiqə (Tender) Komitəsi üzrə əlaqələndirici şəxs Rüfət Sultanovdur (tel.: (012) 492 00 80 (daxili - 1252; faks: (012) 437 71 21; mob.: (050) 286 00 87).

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/bank-vtb-azerbaijan-yeni-sistemin-alinmasi-ucun-tender-kecirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR