Pivə içib 8 nəfəri güllələdi - FOTO

Pivə içib 8 nəfəri güllələdi - FOTO
10:57 1 May 2017
89 Dünya
Ölkə mətbuatı
A- A+

Amerikanın Kaliforniya ştatının əsas şəhərlərindən olan San Dieqoda atışma olub.

Milli.Az "Mirror"a istinadla bildirir ki, pivə içən şəxs əlindəki silahla 8 nəfəri güllələyib. Hadisə nəticəsində ölən olmayıb. Yaralıların vəziyyəti barədə məlumat yoxdur.

Şahidlərin dediyinə görə, onun bir əlində pivə, o biri əlində isə silah olub. O, pivəni başa çəkdikdən sonra yaşayış kompleksinin həyətindəki hovuzun yanındakı insanlara atəş açıb.

Qeyd edək ki, içkili şəxs polis tərəfindən öldürülüb. Məsələ ilə bağlı araşdırma aparılır.

Milli.Az hadisə yerindən fotoları təqdim edir:

Bəxtiyar Umarlı
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/540413.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR