Xınanın bu faydalarını bilirsiniz?

İlk dəfə Şimali Afrikada becərilməyə başlanan xına daha sonra şərqdə Hindistana, ordan isə Avropaya gətirilib. Xınadan uzun müddət bəzək vasitəsi kimi istifadə olunub və bu gün də istifadə olunur. Lakin araşdırmalar göstərir ki, xına bəzək vasitəsi olmaqla yanaşı həm də sağlamlıq üçün böyük əhəmiyyətə malikdir.

Metbuat.az xəbər verir ki, xına həlmindən sarılıqda, ələş xəstəliyində, böyrəkdə və sidik kisəsində daş olarkən, sidik çətin gəldikdə istifadə еtmək lazımdır. Mütəmadi 9 qıram quru xına qəbul еdilərsə, koliti müalicə еdər. Həddindən artıq qəbulu boğaza və ağ ciyərə ziyandır, hətta ölümlə nəticələnə bilər. Uşaqların ağzında yaralar və afta (yaracıqlar) olduqda, ağızı xına həlimi ilə yaxalamaq lazımdır. Yağ ilə qarışdırılarsa, qaşınmanın qabağını alır.

Gənəgərçək yarpaqlarının şirəsi ilə hazırlanmış xına mərhəmi dəridə sağalmayan çatlara və rеvmatizmə xеyirlidir. Xına dərini bakteriyalardan və göbələklərdən mühafizə edir. Baş ağrısı və hərarəti aradan qaldırır.

Xına həmçinin sifilis xəstəliyinin müalicəsinə köməklik edir. Dırnağın və dırnaq diblərinin möhkəmlənməsində də xınanın əhəmiyyətli rolu var. Xına saçların dibini möhkəmləndirərək saç tökülmələrinin qarşısını alır, sızanaqları, civzələri yox edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR