ADIF “United Credit Bank”ın kreditorlarına müraciət edib

ADIF “United Credit Bank”ın kreditorlarına müraciət edib
11:12 1 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 1 may. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu “United Credit Bank” ASC-nin kreditorlarına müraciət edib.
“Report”un məlumatına görə, müraciətdə deyilir ki, müflis elan edilmiş Banka qarşı tələblər 60 gün ərzində yazılı şəkildə qeydə alınacaq.
Kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:
– kreditorun adı ünvanı;
– tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;
– tələbin təminatı olan girov (ipoteka) və yaxud zəmanət barədə məlumat.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/adif-united-credit-bank-in-kreditorlarina-muraciet-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR