Terrorçular terrorçu cəsədlərini belə yığdılar - FOTO

Terrorçular terrorçu cəsədlərini belə yığdılar - FOTO
11:17 1 May 2017
74 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Elazığ rayonunun Tunceli rayonunda öldürülən terrorçuların cəsədlərinin təslim olan terrorçulara yığdırıldığı ortaya çıxıb.

Tuncelidə Hozat, Çemişgezek və Ovacık mahallarının kəsişməsindəki Aliboğazı Vadisində PKK-ya qarşı 27 apreldən bu yana davam etdirilən əməliyyatlar bu gün səhər saatlarında tamamlanıb. 

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, əməliyyatlar zamanı 8 terrorçu öldürülüb, 2-si yaralı olmaqla 12 PKK terrorçusu təhlükəszilik qüvvələrinə təhvil verilib.

Təhlükəsizlik qüvvələri əməliyyat zamanı öldürülən terrorçuların cəsədlərini təslim olan digər terrorçulara yığdırıb.

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/540412.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR