Təhsil Nazirliyinin "SABAH" qrupları tələbələri "Azercell"də təcrübə keçəcəklər

Təhsil Nazirliyinin "SABAH" qrupları tələbələri "Azercell"də təcrübə keçəcəklər
11:27 1 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 1 may. REPORT.AZ/ "Azercell Telecom" MMC Təhsil Nazirliyi "SABAH" qrupları tələləbələri üçün “Yay Tələbə Təcrübə Proqramı”nı elan edib. "Azercell"dən "Report"a daxil olan məlumata görə, bu proqram tərəflər arasında imzalanmış memorandum çərçivəsində həyata keçirilir. Qaydalara əsasən, "SABAH" qruplarının son 2 kurs tələbələri bu ilin 8 mayına qədər “Yay Tələbə Təcrübə Proqramı”na müraciət edə bilərlər.
Bunun üçün www.azercell.com/az/company/career/development_oportunities/intern_summer_2017/ linkinə daxil olmaq lazımdır (yalniz @sabah.edu.az ünvanından gələn müraciətlərə baxılacaq).
Tələbələr iyulun 1-dən başlayacaq proqram çərçivəsində "Azercell"də 2 ay təcrübə keçmək şansı qazanacaqlar.
Qeyd edək ki, “Yay Tələbə Təcrübə Proqramı” mərhələlərlə seçilən gənclərə "Azercell"də təcrübə keçmək imkanı qazandıraraq ali məktəblərdə öyrəndikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etmək imkanı yaradır. Tələbələr telekommunikasiya sənayesi barədə birbaşa mənbədən bilik əldə edərək maraqlı və məsuliyyətli layihələrə cəlb olunurlar, bu da gənclərin gələcək karyera inkişafına öz töhfəsini verir. 2008-ci ildən indiyə qədər keçirilən bu proqram çərçivəsində 112 tələbə Azercellin Tələbə Təcrübə Proqramı çərçivəsində təcrübə keçib, onlardan 16-i isə şirkətdə işlə təmin olunub.
Xatırladaq ki, ötən il "Tələbə Təqaüd" proqramı çərçivəsində Bakı şəhəri üzrə elan olunmuş yerlərin 50%-i "Sabah" qruplarına ayrılıb. Barama İnnovasiya və Sahibkarlıq mərkəzi ilə əməkdaşlıq nəticəsində 6 ay müddətində davam edən inkubasiya proqramına seçilən 5 komandadan biri məhz "SABAH" qruplarının tələbələri olub. Ötən ilin sonunda "SABAH" qrupları tələbələri üçün "Azercell Plaza"da tanışlıq səfəri təşkil edilib, onlar üçün “GSM Texnologiyası ilə tanışlıq”, “Məhsulların idarə olunması”, “Öz Brendini Yarat” movzularında qısa sessiyalartəşkil olunub. Həmçinin, İnsan qaynaqları Departamentinin əməkdaşları 17-20 fevral tarixlərində "SABAH Karyera Qış Məktəbi" layihəsində Qubada tələbələrə təlimlər keçiblər.
"SABAH" qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014/2015-ci tədris ilində 7 ali təhsil müəssisəsində yaradılmış ən aparıcı layihələrdəndir.

Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/tehsil-nazirliyi-sabah-qruplari-telebeleri-azercell-de-tecrube-kececekler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR