Bakı sakinləri daha çox hansı şirniyyatları sevirlər - SORĞU

Bakı sakinləri  daha çox hansı şirniyyatları sevirlər - SORĞU
11:27 1 May 2017
Ölkə mətbuatı
A- A+

Şirniyyat əksər Bakı sakininin süfrəsinin və rasionunun ayrılmaz hissəsidir. Bəs, görəsən, paytaxt sakinləri hansı şirniyyatlardan daha çox istifadə edir?

Milli.Az "ACT Azərbaycan"nın apardığı sorğunun nəticələrini təqdim edir.

Sorğu nəticəsində məlum oldu ki, Bakı əhli dilinə şirinlik qatmaq üçün bir ay ərzində, əsasən, tortlardan (64 %) və bişmələrdən (64 %) istifadə edir. Pirojna (57 %) və  kekslərdən ( 57 %) istifadə edənlər də yetəri qədərdir. Nisbətən az maraq çəkənlər isə milli və şərq şirniyyatlarıdır  (47 %). 

Şəhər sakinlərinin şirniyyata olan marağını nəzərə alıb respondentlərin bu şirniyyatları mağazadan hazır şəkildə almaları, yoxsa evdə bişirmələri ilə maraqlandıq. Məlum oldu ki, fikri soruşulanların yarıdan çoxu tortu (52 %), pirojnani (47 %), milli və şərq şirniyyatı (43 %), keksləri (46 %) həm evdə hazırlayır, həm də hazır şəkildə mağazadan alırlar. Bişmə sevənlər isə onu ancaq hazır şəkildə mağazadan almağa üstünlük verirlər (43 %).

Sorğu 24 dekabr - 3 yanvar tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/540419.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR