Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında BGF-nin prezidentinə fəxri doktor adının verilməsi münasibətilə tədbir keçirilib

Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında BGF-nin prezidentinə fəxri doktor adının verilməsi münasibətilə tədbir keçirilib
11:37 1 May 2017
39 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 1 may. REPORT.AZ/ Bu gün Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Beynəlxalq Gimnastika Federasiyasının (BGF) prezidenti Morinari Vatanabeyə fəxri doktor adının verilməsi münasibətilə tədbir keçirilib.
"Report"un məlumatına görə, akademiyanın rektoru Fuad Hacıyev son illər Azərbaycanda gimnastikanın inkişafı istiqamətində görülən işlərdən danışıb. O, yaponiyalı funksionerin müxtəlif istiqamətlərdə uğurlu fəaliyyətini vurğulayaraq, ona aprelin 28-də Elmi Şuranın qərarı ilə fəxri doktor adının verildiyini açıqlayıb. Daha sonra M.Vatanabeyə diplom təqdim olunub.
Qonaq çıxışında fəxri ada layiq görülməsini böyük nailiyyət adlandırıb və bunu bütün gimnastika ailəsinə verilmiş qiymət kimi dəyərləndirib. O, FİG adından Azərbaycana minnətdarlığını bildirib. M.Vatanabe Azərbaycanda gimnastikanın böyük sürətlə inkişaf etdiyini söyləyib: "Təbii ki, bu nailiyyətlər Birinci vitse-prezident, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın əməyi nəticəsində mümkün olub. Federasiyanın baş katibi Fərid Qayıbovu da qeyd edərdim. Eyni zamanda gənclər və idman naziri Azad Rəhimova verdiyi dəstəyə görə minnətdaram".
FİG prezidenti Azərbaycanın təkcə gimnastikada deyil, digər növlərdə də lider ölkələrdən biri adlandırıb. O, ölkədə idmanın bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə edib.
A.Rəhimov isə qonağı belə yüksək mükafata layiq görülməsi münasibətilə təbrik edib. O, Azərbaycanda gimnastikanın inkişafı istiqamətində görülən işləri vurğulayıb, dünya, Avropa çempionlarının olduğunu söyləyib.
Yekunda qonağa hədiyyələr təqdim olunub. 

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/dovlet-beden-terbiyesi-ve-i-dman-akademiyasinda-bgf-nin-prezidentine-fexri-doktor-adinin-verilmesi-mu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR