Səfir: "Bu il 1000-dən çox azərbaycanlı Macarıstanda təhsil almaq məqsədilə təqaüd üçün müraciət edib"

Səfir: "Bu il 1000-dən çox azərbaycanlı Macarıstanda təhsil almaq məqsədilə təqaüd üçün müraciət edib"
11:42 1 May 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 1 may. REPORT.AZ/ "Bu il 1000-dən çox azərbaycanlı Macarıstanda təhsil almaq məqsədilə təqaüd üçün müraciət edib".
Bunu "Report"a Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski deyib.
Səfir 2015-ci ildə təqaüd almaq üçün cəmi 58 nəfərin müraciət etməsinə baxmayaraq, bu proqramın icrasının uğurla həyata keçirildiyini bildirib: "2016-cı ildə müraciət edənlərin sayı 600-ə çatmışdı. Bu il isə ərizə sayı 1050-dən bir az çoxdur".
Xatırladaq ki, "Stipendium Hungaricum" proqramı 200 Azərbaycan vətəndaşının Macarıstanda adıçəkilən ölkənin hökumətinin hesabına təhsil almasını nəzərdə tutur. Bu saziş Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü ildə Macarıstana səfəri zamanı imzalanıb və 2015-ci ildən tətbiq olunmağa başlanıb.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/sefir-bu-il-1000-den-cox-azerbaycanli-macaristanda-tehsil-almaq-meqsedile-teqaud-ucun-muraciet-edi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR