Bakıda iş saatları dəyişdi

Bakıda iş saatları dəyişdi
11:43 1 May 2017
102 Ölkə
Ölkə mətbuatı
A- A+

12-22 may tarixlərində Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək, işçi qüvvəsinin və tamaşaçıların ictimai nəqliyyat sisteminin mövcud imkanlarından tam şəkildə istifadə etmələrinə şərait yaratmaq üçün bəzi dövlət və özəl müəssiələrdə iş saatlarında dəyişiklik edilib.

Modern.az-ın məlumatına görə, 2017-ci il mayın 1-dən iyunun 1-dək Azəriqaz İstehsalat Birliyində, o cümlədən Bakıda fəaliyyət göstərən bəzi dövlət orqanlarında, dövlət müəssisə və təşkilatlarında çalışan işçilərin əmək funksiyalarını nəzərə almaqla, iş vaxtı rejimi pilləli şəkildə müəyyənləşib.

“Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev faktı təsdiqləyib.

O qeyd edib ki, IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar iş rejimi 09:30-dan 18:30 müəyyən edilib.

İ.Kərbalayev qeyd edib ki, iyunun 1-dən etibarən işçilər əvvəlki iş rejimində -09:00-dan 18-00-dək çalışacaqlar.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/197107.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR