RTÜK-dən evlilik proqramları ilə bağlı açıqlama!

RTÜK-dən evlilik proqramları ilə bağlı açıqlama!
11:48 1 May 2017
144 Şou
Ölkə mətbuatı
A- A+

RTÜK (Türkiyə Radio və Televiziya Ali Şurası) 690 saylı fərmana əsasən ilə evlilik proqramlarının qadağan olunması iddiasına açıqlama verib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, RTÜK tərəfindən verilən açıqlamada artıq proqramlar üçün qaydaların ağırlaşdıracağı qeyd olunub.

Qurum rəsmiləri evlilik proqramlarının qadağan olunmadığını, ancaq bu və digər proqramlarda yaşanacaq efir pozuntularının bundan sonra lisenziya ləğvinə səbəb olacağını bildirib.

TV və radio verilişlərinin prinsipləri qanunun 8-ci maddəsində tənzimlənir.

Sözügedən maddədə televiziya lisenziya ləğvi yalnız a, b və d bəndlərində yer alan "Dövlətin varlıq və müstəqilliyi, cəmiyyətdə kin və nifrət hissləri yaratmaq, terror aktları və təşkilatlarını tərifləmə" məsələləri baş verdiyi halda tətbiq edilə bilər.

RTÜK üzvü İsmət Demirdöğen evlilik proqramları ilə bağlı qəbul edilən yeni qərarları xatırladaraq belə deyib:

"Ancaq biz RTÜK üzvləri olaraq evlilik proqramlarına qarşı aktın hazırlanma mərhələsinin heç bir yerində yoxuq. Burada evlilik proqramları ilə mübarizə adı altında təəssüf ki televiziyalar lisenziya ləğvi təhdidi ilə qarşı-qarşıya qoyulub. Televiziyaçılıq cəsarət istəyən bir iş halına gəlib".

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/197105.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR