Rabitəbank ASC 2017-ci ilin 1-ci rübünü 450 min manat mənfəətlə başa vurub!

Rabitəbank ASC 2017-ci ilin 1-ci rübünü 450 min manat mənfəətlə başa vurub!
11:52 1 May 2017
Ölkə mətbuatı
A- A+

Azərbaycanın bank sektorunda aparıcı mövqelərdən birini tutan Rabitəbank ASC 2017-ci ilin 1-ci rübünü mənfəətlə başa vurub.

Bankın aktivləri 31 mart 2017-ci il tarixinə ilin əvvəli ilə müqayisədə 17% artaraq 499,5 mln. manat təşkil etmişdi. Muştərilərin depozit həcmi 24 % artaraq 352,6 mln. manat təşkil etmişdir. Bankın məcmu kapitalı 61,9 mln. manat təşkil etmişdir.

Cari ilin birinci rübü ərzində bankın xalis faiz gəlirləri 2,4 mln manat , xalis qeyri-faiz gəlirləri isə 2,7 min manat təşkil etmişdir.

Bank 2017-ci ilin 1-ci rübü ərzində plastik kart infrastrukturunu möhkəmləndirərək aktiv plastik kart hesab istifadəçilərinin sayını 42780-ə, ATM şəbəkəsini isə 58 ədədə çatdırmışdır.

Bank, həmçinin cari ilin 1-ci rübü ərzində 49 min ədəd olmaqla 30 mln. Manat həcmində surətli pul köçürməsini və 65 min ədəd olmaqla 2,8 mln manat həcmində kommunal odənişi müştəriləri üçün həyata kecirmişdi.

Hazırda Rabitəbank-da 146 min-dən çox hüquqi şəxs və fiziki şəxslərdən ibarət müştəri xidmət olunur, həmçinin bankda 597 nəfər təcrübəli və ixtisaslı peşəkar heyət çalışmaqdadı.

1993-cü ildə yaradılan Rabitəbank ASC qısa zaman ərzində fəaliyyət istiqamətini genişləndirərək ölkənin iri bankları arasında öz mövqeyini qoruyub saxlamağa nail olub. Bu gün Bank 22 filial və 1 şöbədən ibarət geniş filial şəbəkəsilə Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Gəncə, Şəmkir, Şirvan, Şəki, Naxçıvan, Şamaxı, Kürdəmir, Ağsu, Masallı və Ağcabədi daxil olmaqla ölkənin 15 regionunda müştərilərinə xidmət göstərir. Uzun müddətli təcrübə və geniş müştəri bazası ilə bank gələcək inkişafı üçün də etibarlı bünövrə yarada bilmişdir.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/540431.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR