Trampdan tərif: "Kim Çen In ağıllı oğlandı"

Trampdan tərif: "Kim Çen In ağıllı oğlandı"
12:03 1 May 2017
71 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Tramp son günlərdə gərgin münaqişələr içində olduğu Şimali Koreya lideri haqqında maraqlı ifadələr işlədib. Tramp nüvə silahları ilə ABŞ-ın başını ağrıdan Şimali Koreya lideri haqqında CBS televiziyasında yayımlanan "Face the Nation" proqramında danışıb:

"Kim Çen atası öləndə 26-27 yaşında gənc bir oğlan idi. Əminəm ki, ətrafında çox insan hakimiyyəti onun əlindən almağa çalışıb. Bütün bunlara rəğmən o, hakimiyyəti əlində saxlaya bilibsə, deməli, çox ağıllı və hiyləgər adamdır".

Publika.az xəbər verir ki, proqrama qatılan ABŞ prezidenti Donald Tramp vəzifədə olduğu 100 günün necə qiymətləndirdiyindən bəhs edib. Tramp həm də, Pxenyanın "Pyongyang" layihəsi əsasında həyata keçirdiyi ballistik raket sınağı haqqında bəyanatlar verib:

"Yəqin ki, bu dəfəki raketlər çox da yaxşı raketlər olmayıb. Amma Kim Çen əmin olsun ki, qarşısında yaxşı raketlər çoxdur".

ABŞ-ın hərbi müdaxilə ehtimalı haqqında çox açıqlama verməyən Tramp: "Bütün həmlələrimizi açıqlamayaq. Bu bir şahmat oyunudur. Sadəcə, insanların nə düşündüyümü bilmələrini istəmirəm" - deyib.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/197109.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR