Azərbaycan ABŞ-da "Dənizdə Texnologiyalar konfransı"nda təmsil olunur

Azərbaycan ABŞ-da "Dənizdə Texnologiyalar konfransı"nda təmsil olunur
12:05 1 May 2017
43 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ-da səfərdə olan energetika naziri Natiq Əliyev Hyuston şəhərində Azərbaycan icmasının üzvləri ilə görüş keçirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov "Twitter" səhifəsində yazıb.

Görüşdə ABŞ-ın Bakıdakı səfiri Robert Sekuta da iştirak edib.

Qeyd edək ki, N.Əliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti 1-4 may tarixlərində Texas ştatının Hyuston şəhərində keçirilən neft və qaz sənayesi üzrə ən böyük sərgi və konfrans sayılan "Dənizdə Texnologiyalar konfransı"nda iştirak edir.

Konfransda N.Əliyevin çıxışı nəzərdə tutulub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/540425.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR