Bakı və Abşeronda bir gündə 3 azyaşlı cinayət törətdiyi üçün saxlanılıb

Bakı və Abşeronda bir gündə 3 azyaşlı cinayət törətdiyi üçün saxlanılıb
12:15 1 May 2017
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bir gündə 3 yeniyetmə cinayət törətdiyi üçün saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 28-də Bakı şəhər sakini Ömərxalid Fərmanova hədə-qorxu gələrək 1000 manat pulunu almaqda şübhəli bilinən Abşeron rayon sakini olan bir yeniyetmə saxlanılıb.

Həmin gün Abşeron RPİ-nin əməkdaşları tərəfindən fevralın 20-də rayon ərazisindəki mağazalardan birindən 4 ədəd mobil telefon və 1 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən Bərdə şəhər sakini olan 1 yeniyetmə saxlanılıb.

Abşeron RPİ-nin əməkdaşları tərəfindən aprelin 26-da rayon ərazisindəki apteklərdən birindən 270 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan 1 yeniyetmə saxlanılıb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2748595.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR