Kaliforniyada yaşayış kompleksində atışma olub, ölən və yaralananlar var

Kaliforniyada yaşayış kompleksində atışma olub, ölən və yaralananlar var
12:17 1 May 2017
65 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 1 may. REPORT.AZ/ ABŞ-da San Dieqo şəhərində yaşayış kompleksi yaxınlığında baş verən atışma nəticəsində bir nəfər ölüb, yeddi nəfər yaralanıb.
"Report" "Associated Press"ə istinadən xəbər verir ki, bu barədə yerli polisdən bildiriblər.
San Dieqo şəhərinin polis rəisinin sözlərinə görə, yaşayış kompleksi yaxınlığında atışmanı naməlum kişi başlayıb. Polis həmin şəxsi onun çoxsaylı çağırışlar əsasında hadisə yerinə gələn hüquq-mühafizə orqanı əməkdaşını hədəfə aldığı zaman güllələyərək öldürüb.
Atışma nəticəsində səkkiz nəfər yaralanıb, onlardan dördü qadındır. Qadınlardan biri sonradan xəstəxanada keçinib.
Yaralıların bir neçəsi hələ də əməliyyat olunur, bəzilərinin durumu kritik kimi qiymətləndirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/kaliforniyada-yasayis-kompleksinde-atisma-olub-olen-ve-yaralananlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR