"Ruhdan düşdük, başladıq içməyə" - "Xaç atası"nın etirafları - FOTO

"Ruhdan düşdük, başladıq içməyə" - "Xaç atası"nın etirafları - FOTO
12:22 1 May 2017
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Nyu-York şəhərində "Tribeca Film Festival" kinofestivalında "The Godfather" ("Xaç atası") filminin ekranlara çıxmasının 45 illik yubileyi qeyd olunub.

Milli.Az ABC-yə istinadən bildirir ki, tədbirə filmin rejissoru Frensis Ford Koppola, habelə əfsanəvi lentdə baş rollarda oynamış Al Paçino, Robert de Niro, Dayana Kiton, Ceyms Kaan, Talimya Şair və Robert Düfal qatılmışdılar.

"Radio City Music Hall"da 6 min tamaşaçının olduğu tədbirdə kinosaqanın filmlərinə yenidən baxılıb, Koppolanın şərhlərinə və aktyorların açıqlamalarına qulaq asılıb.

"Bu filmləri neçə il olardı ki, seyr etmirdim. Belə seyr çox emosional təcrübə sayıram", - Koppola deyib.

İlk olaraq "Xaç atası"nın debüt filmi ilə bağlı situasiya ağır idi. Koppola filmin səhnələrinin özünəməxsus həllinə çalışırdı və bu səbəbdən də kinostudiya ilə sürəkli münaqişələr vardı. Lakin sonucda kinosaqanın ilk iki filmi 9 "Oskar" mükafatı aldı, dünya kinematoqrafının klassikasına çevrildi.

Al Paçino isə deyib: "Bu filmlərin uğuruna inanmırdım. Ona görə əmindim ki, premyeradan sonra həmkarlarımla möhkəmcə içmək, uğursuzluğu unutmaq gərəkdir. Filmdə bir səhnə məni xüsusilə narahat etmişdi. Orada Dayana Kitonun qəhrəmanın toyu idi. Çəkilişlər qrafikdən geri qaldığından həmin epizodu studiyada, süni işıqlandırma ilə çəkdik. Sonra qayıtdıq və başladıq içməyə. Düşündük ki, bu film nə zamansa çəkilmiş lentlər arasında ən pisidir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/540362.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR