""Barselona"da ÇL-nın qalibi olmaqdansa Ukrayna çempionu olmaq yaxşıdır"

""Barselona"da ÇL-nın qalibi olmaqdansa Ukrayna çempionu olmaq yaxşıdır"
12:57 1 May 2017
61 İdman
Ölkə mətbuatı
A- A+

"Şaxtyor" xorvatiyalı müdafiəçi Dario Srna ilə müqaviləni 2018-ci ilin yayına kimi uzadıb. 2003-cü ildən Dontesk klubunun şərəfini qoruyan futbolçunun ötən il "Barselona" ilə apardığı danışıqlar uğursuz nəticələnmişdi.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Mən kluba, rəhbərlik də mənə tam güvənir. 14 il əvvəl "Şaxtyor"u seçməkdə düz etmişəm. Uşaqlıq arzularım burada həyata keçdi. "Barselona"ya transferim gündəmə gələndə klub prezidentinə dedim ki, "Barselona"da Çempionlar Liqasının qalibi olmaqdansa "Şaxtyor"da Ukrayna çempionu olmaq yaxşıdır. Burdan getməyi özümə bağışlamazdım. Bunlar artıq geridə qaldı Biz sonuncu dəfə 2014-cü ildə ölkə çempionu olmuşuq. İstəyirəm ki, bu nəticəni yenə təkrarlayaq" - Srna deyib.

Təcrübəli müdafiəçi Donetsk klubunun heyətində 524 rəsmi oyun keçirib və 22 titul qazanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/540445.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR