Məşhur aktyor "xərçəng" oldu - FOTO

Məşhur aktyor "xərçəng" oldu - FOTO
12:57 1 May 2017
130 Dünya
Ölkə mətbuatı
A- A+

Məşhur aktyor Val Kilmer xərçəngə tutulduğunu və müalicə aldığını ilk dəfə açıqlayıb.

Qeyd edək ki, 56 yaşlı aktyor, keçən il həmkarı Maykl Duqlasın "xərçəng müalicəsi görür" iddialarını təkzib etmişdi. Amma məşhur aktyor, pərəstişkarlarıyla Reddit saytında etdiyi canlı söhbət zamanı sağlamlığı haqqında həqiqəti etiraf edib.

Milli.Az hurriyet-ə istinadən xəbər verir ki, aktyor Kilmer qırtlaq xərçənginə tutulduğunu, amma sağalmağa doğru getdiyini qeyd edib. 2015-ci ildən xərçəngə tutulduğunu deyən Val Kilmer keçən il boğazında nəfəs almağına kömək edən bir aparatla görüntülənmişdi. 

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/540463.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR