Mikayıl Cabbarov: “Azərbaycanda ilk dəfə xarici dil üzrə dərsliklərin hazırlanmasında yeniliklər ediləcək”

Mikayıl Cabbarov: “Azərbaycanda ilk dəfə xarici dil üzrə dərsliklərin hazırlanmasında yeniliklər ediləcək”
13:12 1 May 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 1 may. REPORT.AZ/ “Azərbaycanda ilk dəfə olaraq xarici dil üzrə dərsliklərin hazırlanmasında yeniliklər ediləcək”.
“Report” xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov qurumun illik hesabat xarakterli tədbirində deyib.
Nazir bildirib ki, ixtisasları əhatə edən təhsilimizin məzmununa riyaziyyat, informatika və xarici dillərin tədrisi üzrə bir sıra layihələrə başlanılıb: “Onların bəzilərini biz növbəti həftə akademik il ərzindən başlayaraq pilot şəklində görə biləcəyik. Misal olaraq, xarici dilin tədrisində ölkədə ilk dəfə olaraq xarici dil üzrə dərsliklərin yerli mütəxəssislərlə yanaşı, dil daşıyıcıları olan ölkələrdən, şirkətlərdən, universitetlərdə hazırlanan və universal şəkildə bir çox ölkələrdə istifadə olunan dərsliklərdən isifadə imkanlarına baxırıq. Bu istiqamətdə bizim islahatlar gələcəkdə də davam edəcək”.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/mikayil-cabbarov-azerbaycanda-ilk-defe-xarici-dil-uzre-dersliklerin-hazirlanmasinda-yenilikler-edi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR