Əli Əhmədov: Bəzi donor təşkilatları Azərbaycanın şəffaflıq tələbini hökumətin yaratdığı əngəl kimi qiymətləndirir

Əli Əhmədov: Bəzi donor təşkilatları Azərbaycanın şəffaflıq tələbini hökumətin yaratdığı əngəl kimi qiymətləndirir
13:22 1 May 2017
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev – Trend:

Bəzi beynəlxalq donor təşkilatları Azərbaycanın şəffaflıq tələbini hökumətin yaratdığı əngəl kimi qiymətləndirir.

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Azərbaycan Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov “Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqda vətəndaş cəmiyyətinin rolu” adlı konfransda çıxışı zaman deyib.

Ə.Əhmədov bildirib ki, Azərbaycan hökuməti şəffaf şəkidə fəaliyyət göstərən beynəlxalq donor təşkilatları ilə əməkdaşlıq etməyə hazırdır: “Kimlər ki şəffaf şəkildə fəaliyyət göstərirsə, biz onlarla əməkdaşlıq etməyə hazırıq. Ancaq nəyə görə şəffaflıq tələb olunanda bunu əngəl kimi qiymətləndirirlər?!”

Baş nazirin müavini bildirib ki, hər bir dövlətin təhlükəsizliyini qorumaq üçün addımlar atmaq hüququ var: “Torpaqlarımız işğal olunub, 1 milyondan artıq insanımız qaçqın və məcburi köçkün şəraitindədir. Bu baxımdan beynəlxalq donorlar, ilk növbədə, Azərbaycanda qaçqın və köçkün problemlərinin köklü həllinə, torpaqlarımızın işğaldan azad edilməsinə yardımçı olmalıdırlar. Ona görə də, ilk növbədə, dövlət maraqlarını düşünməliyik. Hər hansı beynəlxalq donorun üzərinə kölgə salmaq niyyətində deyiləm. Ancaq Azərbaycan torpaqlarının bir hissəsi işğal olunan, müharibə vəziyyətində olan ölkədir. Ona görə də bu, hökuməti müəyyən addımlar atmağa məcbur edir. Bu səbəbdən də beynəlxalq donorların fəaliyyəti ilə bağlı sərtləşdirmələr var”.

Ə.Əhmədov qeyd edib ki, başqa ölkələr də belə addımlar atır: “Bu sahədə tam şəffaflığın olması yaxşı olar. Amma təəssüf ki, hökumətin bu sahədə şəffaflıq tələb etməsini bəzi donorlar əngəl yaradılması kimi qiymətləndirir. Biz istəyirik ki, hər şey tam şəffaf olsun, ayrılan vəsaitin hansı məqsədlə və hara xərcləndiyini bilək”.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2748652.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR