Güləş yığmamıza yeni baş məşqçi təyin edilib

Güləş yığmamıza yeni baş məşqçi təyin edilib
13:43 1 May 2017
64 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Yunan-Roma güləşi üzrə yığma komandanın məşqçilər korpusunda dəyişiklik edilib.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, federasiya rəhbərliyinin qərarına əsasən, gənclərdən ibarət yığma komandanın böyük məşqçisi Şaban Donat böyüklərdən ibarət komandaya baş məşqçi təyin edilib.

Yığma komandanın baş məşqçi əvəzi Akif Əliyev böyüklərdən ibarət yığmanın böyük məşqçisi təyin edilib.

Böyüklərdən ibarət yığma komandanın böyük məşqçisi İlqar Abdulov isə gənclərdən ibarət yığmanın böyük məşqçisi kimi fəaliyyət göstərəcək.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2748665.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR