Fransa prezidentliyinə namizəd: “Avropa İttifaqında islahat keçirilməzsə, “frexit”lə üzləşəcək”

Fransa prezidentliyinə namizəd: “Avropa İttifaqında islahat keçirilməzsə, “frexit”lə üzləşəcək”
13:52 1 May 2017
68 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 1 may. REPORT.AZ/ “Avropa İttifaqında islahat keçirilməzsə, “frexit”lə (Fransanın Avropa İttifaqından çıxmasın nəzərdə tutur – “Report”)l üzləşəcək”.
“Report” xəbər verir ki, bunu Fransa prezidentliyinə “İrəli!” Hərəkatından namizəd Emmanuel Makron BBC-yə müsahibəsində bildirib.
O, Avropa ideyaları və dəyərlərinə sadiq “Avropayönlü” namizəd olduğunu vurğulayıb: “Əminəm ki, Avropa İttifaqının islahata ehtiyacı var. İttifaqın indiki formada qalmasına icazə vermək satqınlıqdır. Mən bunu istəmirəm. Ona görə də günlərin bir günü ya biz də “frexit”ə gedəcəyik, ya da “Milli Cəbhə” (prezidentliyə namizəd, rəqibi Marin le Penin partiyasını nəzərdə tutur – “Report”) hadisəsi olacaq”.
İkinci turda Fransa prezidentliyi uğrunda E.Makronla mübarizə aparacaq digər namizəd Marin Le Pen isə “Europe1” radiostansiyasına müsahibəsində bildirib ki, Avropa İttifaqı “Azad və suveren dövlətlərin Avropa Alyansı” ilə əvəz edilməlidir. 
Qeyd edək ki, mayın 7-də Fransada prezident seçkisinin ikinici turu keçiriləcək. Bu post uğrunda Emmanuel Makron və Marin Le Pen mübarizə aparacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/fransa-prezidentliyine-namized-avropa-i-ttifaqinda-islahat-kecirilmezse-frexit-le-uzlesecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR