QALMAQAL: Pilot qadın sərnişini yumruqladı - VİDEO

QALMAQAL: Pilot qadın sərnişini yumruqladı - VİDEO
13:57 1 May 2017
65 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ-ın hava yolu şirkətlərindən "United Airlines"dən sonra bu dəfə "Delta Airlines"ə məxsus təyyarədə qalmaqal yaşanıb. 

Milli.Az Millieyt-ə istinadən xəbər verir ki, sosial şəbəkədə paylaşılan və sürətlə yayılan görüntülərdə pilot, 21 aprel tarixində təyyarə Atlantaya endikdən sonra baş verən davaya müdaxilə edərkən görüntülənir. Təyyarədən enən iki qadın sərnişin dalaşarkən onları ayırmağa çalışan pilot qadınlardan birinin qolunun onun başına dəyməsindən əsəbiləşərək yumruqlamağa başlayır.

Qeyd edək ki, "Delta Airlines" keçən həftə də tualetə getdiyi üçün bir sərnişini təyyarədən endirmək istəmişdi. Sərnişinin etirazlarından sonra uçuş ləğv edilmişdi.

Məhəmməd Vaqif
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

QALMAQAL: Pilot qadın sərnişini yumruqladı


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/540496.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR